Kokpit.az xatırladır ki, McLaren komandası Əbu Dabidəki qış testlərində 3 sürücü ilə – Lando Norris, Oskar Piastri və Pato O’Vardla işləyiblər.
Lando Norris: “Pirelli-nin gələnilki tələrlərini təkmilləşdirmək üçün yenidən trasda idik və buna görə sevincliyəm. Testlər həmişə faydalıdır. Bu təkərlərlə yaxından işləmək yaxşı oldu.
Belə gözəl mövsümdən sonra indi dincəlmək vaxtıdır. Komanda gələnilki gərgin tempə qayıtmamışdan əvvəl tətilə getməlidir və buna layiqdir”.
Oskar Piastri: “Bu il son dəfə trasa çıxmaq əla oldu. Pirelli ilə yaxşı işlədik və 2025-ci il təkərləri barədə faydalı məlumatlar topladıq.
Çempionluğu qazandığımız üçün bütün kollektivə təşəkkür edirəm. İndi isə gərgin keçəcək 2025-ci ildən əvvəl bir az dincəlməliyik”.
Şərh əlavə et