Kokpit.az bildirir ki, bu müqavilə ilə Ferrari 2026-cı ildən etibarən yeni müştəri komandasına sahib olacaq.
Xatırladaq ki, keçən həftə FİA General Motors-un lyuks brendi Cadillac-ın Formula 1-ə 11-ci komanda kimi qatılacağını rəsmi olaraq bildirmişdi. O dövrlər ortaya atılan iddialara görə Cadillac 2028-ci ilin sonuna qədər Ferrari-nin güc qurğusundan istifadə edəcəkdi. Daha sonra isə öz güc qurğusunu düzəltmək üçün işlərə başlayacaqdı.
Bu gün verilən açıqlamada isə bildirilib ki, Cadillac Ferrari ilə çoxillik müqavilə bağlayıb. Ferrari şirkəti verdiyi açıqlamada bildirib ki, General Motors-a texniki cəhətdən də köməklik göstərəcək.
Müqavilənin detallatı hələ dəqiqləşməsə də, bu ortaqlıq həm Ferrari, həm də Andretti üçün vacib fürsətlər yaradacaq.
Şərh əlavə et