Kokpit.az bildirir ki, buna səbəb Braziliyadakı trasın hamar olmayan səthi olub. İspaniyalı sürücü Yas Marinada jurnalistlər müsahibə verərkən kombinezonunu açaraq çiynindəki atletik bandı göstərib. Hətta ikiqat Dünya Çempionu ağrılara görə Əbu Dabi yarışından çəkilmək istəyib.
Fernando Alonso: “Bu, hansı maşınla sürdüyünüzdən asılıdır. Əgər McLaren, Ferrari və Mercedes-də sürsəniz, işiniz çox asandır, çünki maşın dalğalanmır və sürətlidir. Amma bizim maşınımızda adamın çiyni zədələnir. Hər yarışda ağrıkəsici dərman atırsınıq və bu həmişə belə davam edir.
Bunun yaşla heç bir əlaqəsi yoxdur. Fiziki cəhətdən bir az pis hiss edəndə insanlar deyirlər ki, 43 yaşı var. Amma əksər hallarda yarışdan sonra qapalı parka gələndə digər sürücülər gəzən ölülər kimi olurlar. Mən onlardan daha yaxşı vəziyyətdə oluram. Belə baxıram ki, hamı mənim yaşlanmağımı gözləyir, amma hələ vaxtı deyil. 14-cü yerdən yarışa başlayanda necə xal alacağımı düşünürəm. 8-ci başlayanda isə necə podiuma yüksələcəyimi… Hələ də çox hirsliyəm.
Maşınım yaxşı olsa, daha yaxşı yerlər üçün mübarizə apara bilərəm. Bir neçə aydır ki, bu il nəyi səhv etdiyimizi bilirik İndi siə öyrəndiklərimizi gələn ilin maşını üzərində tətbiq etmək vaxtıdır”.
Əgər təqvimdə ardıcıl 3 yarış varsa, loqistik planlamanı fərqli formada etməliyik. Las Veqas, Qətər və Əbu Dabi yarışları arasında bir neçə dəfə uçmalı oldum, çünki sponsor toplantılarına qatılmalı idim. Gələn il əlimdə sadəcə 48 ya da 72 saatım qalsa belə, daha çox evdə olmağa çalışacağam. Təqvimdə kiçik dəyişikliklər edəcəyik. Beləliklə, mövsümün gedişatında da formamızı qorumaq bizim üçün asan olacaq. İndi isə qış tətilini səbirsizliklə gözləyirəm. Dincəlmək və bir az güc toplamaq istəyirəm”.
Şərh əlavə et