Kokpit.az bildirir ki, ispaniyalı sürücü bazar ertəsi çəkiliş günündə FW46-nı çəkiliş günündə sürmüşdü. O, bu gün Pirelli-nin 2025-ci bolidinin test etmək üçün FW46-nın kokpitinı oturub. Sayns trasa ağ dəbilqə və kombinezonla çıxıb və sessiya başlayan kimi boksdan çıxıb. O, nahara qədər keçirilən 4 saatlıq sessiyada 60 dövrə vurub və 1.24.435 zaman nəticəsi ilə zirvədə yer alıb. Onu sabiq komanda yoldaşı Şarl Lekler izləyib. Monakolu sürücü 72 dövrə vurub və 78 dövrə vuran Lando Norrisi qabaqlayıb. Norris nahardan sonra yeri komanda yoldaşı Oskar Piastriyə verəcək.
Alpine-ə öyrəşməyə çalışan Cek Duhən isə səhər sessiyasını dördüncü yer bağlayıb. Kimi Antonellinin yerinə çıxış edən Frederik Vesti beşinci olub. McLaren-in İndyCar ulduzu Paro O’Vard, Ferrari-nin developer pilotu Antonio Fuoko və Williams-ın gənc sürücüsü Lyuk Brouninq onluğu bağlayıblar.
Karlos Saynsda başqa yeni komandası ilə trasa çıxan pilotlar olub. Esteban Okon ilk dəfə Haas ilə çıxış edib və 46 dövrə vurub. Niko Hülkenberq də ilk dəfə Sauber-in kokpitinə keçib və 63 dövrə tamamlayıb.
Yuki Tsunoda isə ilk dəfə Red Bull-un bolidində sürmək imkanı əldə edib. Bu test yaponiyalı sürücünün Red Bull-a keçməsi üçün çox vacibdir. Komanda yoldaşı Liam Louson isə RB ilə trasa çıxaraq Formula 1 təcrübəsini bir az da artırıb.
Test zamanı hər hansı insident baş verməyib. Yalnız McLaren komandasının sürücüsü Lando Norris 14-cü dövrədə yerində fırlanıb.
Nahardan sonra bəzi dəyişikliklər olacaq. Antonio Fuokonu Artur Lekler əvəz edəcək. Mercedes-in gənc sürücüsü Kimi Antonelli isə xəstələndiyi üçün səhər sessiyasına qatıla bilməmişdi. Nahardan sonra onun sükan arxasına keçməsi gözlənilir.
Şərh əlavə et