Kokpit.az xatırladır ki, monakolu sürücü Pirelli-nin 2025-ci il təkərlərini test edib və 9 saatlıq testləri zirvədə bağlayıb. O, nahardan sonra tempini yüksəldib və 134 vurub. Lekler 1.23.510 zaman nəticəsi ilə zirvədə yer alıb.
Williams komandasının yeni sürücüsü Karlos sayns isə 146 dövrə tamamlayaraq ikinci yeri tutub. Mercedes-dən Corc Rassell 134 dövrəni başa vuraraq, üçüncüıüyü bağlayıb. Sauber ilə ilk testinə çıxan Niko Hülkenberq 4-cü yerdə qərarlaşıb. Qrip olduğu üçün səhər sessiyasını buraxan Kimi Antonelli isə nahardan sonra Mercedes-lə trasa çıxıb və beşinci yeri tutub.
Test günü heç bir insident baş verməyib və sürücülər rahatlıqla trasa çıxaraq dövrələrini vurublar. Bu da Pirelli-nin xeyrinə olan vəziyyətdir. İtaliyalı təkər istehsalçısı bu testlərin hesabına çox dəyərli məlumatlar toplaya bilib.
Yeni komandalar və yeni başlanğıclar
Karlos Sayns və Niko Hülkenberq üçün bu testlər xüsusi əhəmiyyət kəsb edirdi. Hər iki sürücü də bu testlər hesabına yeni komandalarına öyrəşmək şansı tapıblar. Karlos Sayns Williams ilə uğurlu bir günü geridə qoyub. Niko Hülkenberq isə Sauber-dəki ilk günündə 140 dövrə vuraraq, dəyərli məlumatlar toplayıb.
Haas-a transfe rolan Esteban Okon da ilk dəfə yeni komandasında çıxış edən pilotlardan biri olub. O, Əbu Dabi Qran Prisində çıxış etməyərək bu testə fokuslanıb və Haas VF-24-ün sükanı arxasında 119 dövrə tamamlayaraq günü 10-cu yerdə bağlayıb.
Bazar günü Formula 2-də Dünya Çempionu olaraq Sauber-ə gələn Qabriel Bortoleto isə yeni komandası ilə 130 dövrə başa vurub.
Vacib məqamlar
RB komandasının sürücüsü Yuki Tsunoda Red Bull-un 2024-cü il bolidi ilə trasa çıxıb və 127 dövrə ataraq 17-ci yeri tutub. Red Bull-un gənc istedadı Ayzek Həcər də Red Bull-un sükanı arxasına keçib və günü 15-ci yerdə bağlayıb.
McLaren-in İndyCar pilotu Paro O’Vard “narıncılar” ilə iki yarış məsafəsi qət edib və uğurlu test günü keçirib.
Beləliklə, Formula 1 üzrə 2024-cü il mövsümü tamamilə bitib. Lakin yeni mövsüm də qısa zamanda başlayacaq. Komandalar 26-28 fevral tarixlərində Bəhreyndə mövsümöncəsi testlər üçün trasa çıxacaqlar. 2025-ci il mövsümünün ilk yarışı isə martın 16-da Avstraliyada baş tutacaq.
Şərh əlavə et