Kokpit.az bildirir ki, italyan sürücü Formula 2 üz Əbu Dabi Qran Prisinin sıralanma turundan sonra şiddətli qriplə mübarizə aparmağa başlayıb. Onun qızdırması 40 dərəcəni aşıb və həftəsonunun geri qalanında çıxış etməyib. Mercedes komandası da gənc sürücünün xəstəliyinə görə test proqramını dəyişdiri və 18 yaşlı pilot nahardan sonra trasa çıxarma qərarı alıb.
Bugünkü testlərin ilk hissəsində sükan arxasına Mercedes-in test pilotu Frederik Vesti keçib. Vesti yerli saatla 14:00-da proqramını tamamlayacaq və yerini Kimi Antonelliyə verəcək. Merceses bu test proqramı ilə 2024-cü ilin təkərlərini dəyərləndirəcək.
Corc Rassell isə gələnilki təkərlərin performansını dəyərləndirəcək. Antonelli isə təcrübə qazanmaq üçün kokpitə keçəcək.
Qripə görə test proqramında geri düşən Antonelli Əbu Dabidəki testlərlə kifayətlənməyəcək. Gənc sürücü Super Formula testi üçün Yaponiyanın Suzuka trasına gedəcək. Ancaq bu proqram da Antonellinin fiziki vəziyyətindən asılıdır. Suzuki gələn il təqvimdə üçüncü yarış olduğu üçün bu test Antonellinin təcrübə qazanması üçün çox vacibdir.
Şərh əlavə et