Dünya üzrə 171 milyon müştəriyə xidmət göstərən Santander bu gün imzalanan müqavilə çərçivəsində yeni mövsümdə Williams ilə tərəfdaşlıq edəcək Bu tərəfdaşlıq vasitəsilə Santander həm paddok, həm də sürücü tədbirlərinə çıxış təmin etməklə müştərilərinə unikal təcrübələr təqdim etməyi hədəfləyir.
Şirkətin loqotipları Williams FW47 bolidində, komandanın formalarında, Aleks Elbon və Karlos Saynsın dəbilqələrində əks olunacaq. Tərəfdaşlığın başlanğıcını qeyd etmək üçün Saynsın Williams-da debüt edəcəyi mövsümsonu testində Santander loqotipi FW46-ya vurulacaq.
Bu tərəfdaşlıq Williams Racing-in böyüməyi davam etdirməsi deməkdir. Komanda bu yaxınlarda Duracell, Gulf Oil International, Kraken və Zoox ilə 2025-ci ilin sonuna qədər razılıq əldə edib.
Xatırladaq ki, Santander bu mövsüm Ferrari ilə işləyirdi.
Şərh əlavə et