Kokpit.az xatırladır ki, 2024-cü il mövsümü Əbu Dabi Qran Prisi ilə başa çatıb. Ancaq bu Serxio Peresin Formula 1-dəki son yarışı ola bilər. Paddokda bununla bağlı dedi-qodular hər yeri bürüyüb.
Serxio Peres yarışdan sonra verdiiy açıqlamada bunları demişdi: “Növbəti günlərdə bir qərar verilməsə, gələn il də yarışmağa davam edəcəyəm”.
Lakin arxa planda Red Bull komandasının Serxio Peresə maddi təzminat və səfirlik rolu verməsi təklif edildiyi deyilir. Təklifi qəbul edib-etməmək isə Serxio Peresdən asılıdır.
Red Bull komandasının idman məsləhətçisi Helmut Marko yarışdan sonra verdiyi açıqlamada bildirib ki, bazar ertəsi Red Bull-un idarəçiləri hərtərəfli toplantı edəcəklər: “Bu toplantıda bütün reallıqlar müzakirə olunacaq və qərar veriləcək. Həm Red Bull-un, həm də RB-nin heyətlərinə bazar ertəsi qərar verəcəyik”.
Lakin Helmut Marko əlavə edib ki, sürücü heyətləri ilə bağlı rəsmi açıqlama bazar ertəsi olmayacaq. Rəsmi açıqlama isə həftənin ikinci günü Yuki Tsunodanın Red Bull ilə çıxacağı testdən sonra veriləcək: “Yukinin testinin tamamlanmasını gözləyəcəyik”.
Əgər Serxio Peres komandadan ayrılsa, Liam Louson Maks Ferstappenin komanda yoldaşı kimi Red Bull-a gətirilə bilər.
Helmut Marko bu barədə belə danışıb: “Bunu bazar ertəsi müzakirə edəcəyik, ancaq hər bir halı dəyərləndirəcətik”.
Belə olan halda Red Bull komandasının gənc sürücüsü və hazırda Formula 2-də çıxış edən Ayzek Həcərin də əlində fürsət düşə bilər. Düzdür, mövsümün son yarışı fransalı sürücü üçün yaxşı keçməyib. Buna baxmayaraq, Helmut Marko gənc sürücüsünü müdafiə edib: “Problemlər onun səhvindən olmadı”.
Serxio Peres isə Əbu Dabi yarışını ilişmə muftası yandığı üçün vaxtından əvvəl dayandırıb: “Təəssüf ki, ilişmə muftası yandı. Qətərdə də eyni problem olmuşdu. Bunun niyə yandığını anlamalıyıq”.
Şərh əlavə et