Kokpit.az xatırladır ki, avstraliyalı sürücü yarışa ikinci yerdən başlasa da, startda dördüncü yerdən başlayan Maks Ferstappen ona arxadan təmas edib. Buna görə də hər iki sürücü yerondə fırlanıb. Oskar bu insidentdən sonra 19-cu yerə qədər geriləyib. Bu bəs deyilmiş kimi arxadan yüksəlməyə çalışarkən, Oskar Kolapintoya təmas edib və buna görə 10 saniyə cəza alıb. Bütün bu tərsliklərə baxmayaraq, Piastri finişə 10-cu yerdə çataraq, 1 xal qazanıb. Maks Ferstappen isə bu insidentə görə 10 saniyə cəza alıb
Oskar Piastri: “Çox pis idi. Birinci döngədə olan oldu və Franko ilə olan insidentə yenidən baxmalı olacağam. Əylənmə zonalarını səhv dəyərləndirdiyimi düşünürəm. Bu da mənim üçün çox çətin yarışın təməlini gətirdi, amma ümumilikdə hazırda bu vacib deyil. Komandanın builki uğurlarına görə çox qürurluyam.
Maks Ferstappen ilə olan insident çox bərbad haldır. Məncə, birinci döngəyə girəndə yan-yana gəlmək ehtimalı yox idi. Maks yarışdan sonra gəlib üzr istədi və verilən cəza da hər şeydən xəbər verir. Olan oldu. Ondan sonra bilirdim ki, yenidən zirvəyə doğru dırmanmalıyam. Lakin bunun çətin olacağını da anlayırdım. Amma Kolapinto ilə təmas yaşadım və bu da mənim yarışımı tamamilə alt-üst etdi. Mənim üçün mövsümü belə bitirmək heç də yaxşı olmadı, ancaq komanda üçün bundan yaxşı nəticə ola bilməzdi. Bu uğurun həzzini yaşayacağam və komandadakı hər kəs kimi yaxşı tətil keçirəcəyəm.
Növbəti mövsümə yaxşı başlamaq bizim üçün çox vacib olacaq. Amma hələ də görüləcək çox iş var. Ən böyük problem sıralanma turunda yaxşı nəticələr ala bilməməyim oldu. Buna görə də yarışda işlər mənim üçün heç də asan olmurdu. Qış tətilində əsasən buna köklənəcəyəm. Mən qış tətili ərzində 0.1 saniyə fərqi qapatmağa çalışacağam. Digər sahələrdə isə nə edə bildiyimi və inkişaf etdiyimi göstərdiyimi düşünürəm. İndi əsas məsələ hər şeyi bir araya gətirmək olacaq, çünki artıq aradakı fərqlər çox azdır ya da heç fərq yoxdur. Əgər bunu bacara bilsəm, deməli doğru yoldayam”.
Şərh əlavə et