Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin Xunkadelyanı transfer edib

Aston Martin komandası Daniel Xunkadelyanı simulyator pilotu kimi transfer edib. 

Kokpit.az bildirir ki, ispaniyalı sürücünün avtoidmanda böyük təcrübəsi var. O, komandanın Silverstoundakı bazasında simulyatorda işləyəcək və əsas sürücülərin yarış performansını yaxşılaşdırmaq üçün onlara kömək edəcək. 

Xunkadelya Əbu Dabi Qran Prisi zamanı Aston MArtin-in bazasında fərqli həll yolları üzərində işləyirdi. Lakin o, artıq komandanın developer sürücüsüdür.

Aston Martin komandasının rəhbəri Mayk Krek: “Danielin komandamıza qatılmasına görə çox sevincliyik. Simulyator sürücünün gördüyü iş komandanın inkişafına və həftəsonu performansına önəmlə təsir edir. Danielin böyük yarış təcrübəsi ilə bizə dəyərli qatqılar verəcəyinə şübhə etmirəm”.

Daniel Xunkadelya: “Aston Martin komandasına simulyator sürücüsü kimi qatıldığım üçün doğrudan da çox xoşbəxtəm. Silverstoundakı baza doğrudan da inanılmazdır. Burad aişləyə hər kəs uğur qazanmağa köklənibdir. Komandaya qatqı vermək üçün səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et