Kokpit.az xatırladır ki, braziliyalı sürücü keçən il Formula 3-də Dünya Çempionu olmuşdu. Bu il isə Formula 2-də debüt mövsümündə titula yiyələnib.
Qabriel Bortoleto: “Bu dünyadakı ən gözəl hissdir. Hazırda nə hiss etdiyimi deyə bolmərəm. Çoxlu adrenalin və sevinc var. Hamı bura məni dəstəkləmək üçün gəlib. Bütün ailəm, sponsorlarım, bütün Braziliya bizi izləyir və orada səhər tezdən 6-da oyanıblar. Bazar günü səhər onları sevindirdim.
Formula 3-sən sonra debütant mövsümümdə Formula 2-ni də qazanmaq mənim üçün yuxuya bərabərdir. Bu inanılmazdır və hazırda heç nə düşünə bilmirəm. Elə bil ki, başqa planetdəyəm”.
Yarışın startında Ayzek Həcərin maşını yerindən tərpənə bilməyib və mexaniklər maşını pit yoluna çəkiblər. Bununla da yarış başlayan kimi demək olar ki, çempion məlum olub.
Qabriel Bortoleto: “Sözün düzü yarışı qazanmağa o qədər fokuslanmışdım ki, onun hara olduğunu anlamdım. Son dövrədə mühəndisimə Ayzek haradadır deyə soruşdum. Bunu niyə soruşduğumu bilmirəm. Qəribə şeylərin olduğu başqa səviyyədə idim. Ayzekin yarışda olub-olmadığını bilmirdim. Sadəcə Viktoru və daha sonra Coşuanı keçməyə fokuslanmışdım.
Yarışın sonlarında az qala Coşuanı keçirdim, amma qələbəyə görə onu təbrik edirəm. Çempion olduğum üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, Qabriel Bortoleto gələn il Sauber komandası ilə Formula 1-də debüt edəcək. Onun komanda yoldaşı isə Niko Hülkenberq olacaq.
Şərh əlavə et