Kokpit.az xatırladır ki, monakolu sürücü sıralanma turunda tras limitlərini aşdığı üçün nəticəsi silinmiş, üstəlik batareyasını dəyişdiyi üçün startda 10 yer itirmişdi. Buna görə də yarışa 19-cu yerdən başlayıb. Lakin o, finişə üçüncü yerdə çataraq podium qazana bilib.
Buna baxmayaraq Lando Norris yarışı qazanıb və McLaren komandasına Mühəndislər Kubokunu gətirib.
Şarl Lekler: “Birinci dövrədə aqressiv olmalı idim. Buna görə də mümkün qədər çox yer qazanmaq və yarışın geri qalanında yaxşı yerdə olmaq üçün risklər aldım. Heyif ki, startda çox gerodə idik və bundan yaxşısını etmək mümkün deyildi. Məncə əlimizdən gələnin ən yaxşısını etdik. Mövsümün sonuna qədər yaxın olub, sonda hədəfə çatmamaq məyusedicidir.
Cümə günü yaşanan problem böyük zərbə olud. Hər şeyimizi verdik, amma bəs eləmədi. Bu məyusedicidir, ancaq əlimizdən gələnin ən yaxşısını etdik.
Lyuis idmanda çox şey bacarıb və onun gəlişi böyük motivasiya olacaq. Amma hələlik bu ili və Karlosla keçirdiyimiz illəri düşünürən. Bir-birimizə inanılmaz dərəcədə dəstək olduq. Bir-birimizlə mübarizə apardıq. Bu dörd ili Mühəndislər Kuboku ilə bitirməyi çox istərdim. Sözün açığı hazırda çox məyusam, amma hər şeyi sıfırlamaq üçün özümə 4-5 gün verəcəm və daha sonra növbəti mövsümü düşünəcəyəm”.
Şərh əlavə et