Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Özümüzlə qürur duymalıyıq

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, çempion olmasalar belə gördükləri işdən razı qalıblar. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Əbu Dabi yarışına üçüncü yerdən başlasa da, startda Maks Ferstappenlə Oskar Piastrinin insidentindən faydalanaraq ikinci yerə yüksəlib və son qədər yerini qoruyub. 

Karlos Sayns: “Hazırda özümü həm yaxşı, həm də pis hiss edirəm. İkinci yerdəyi. Landonun sürətini nəzərə alsaq, bu gün bizim üçün maksimum nəticə bu iid. Yarış ərzində əlimdən gələn hər şeyi etdim. Xüsusən də ilk pitə qədər əlimdən gələni etdim. Elə görünürdü ki, onlara açta bilərik. Ancaq Hard təkərlərə keçəndən sonra bütün həftəsonu olduğu kimi McLaren bizdən 0ş2-0ş3 sanyə sürətli idi. Onlara çatmaq mümkünsüz oldu.

Hər şeydən əvvəl McLaren-i təbrik edirəm. Bu çempionluğa layiq idilər. Çempionatın son 2/3-lik hissəsində əla performans göstərdilər. Doörudan da təsir edici idi. Biz isə sona qədər çempionluq uğrunda mübarizə aparmağımızla qürur duymalıyıq. Çətin bir il oldu, amma qətiliklə deyim ki, həmişə xatırlanacaq və qürur duyulacaq mövsüm idi.

Yarışdan sonra mühəndisimiz radiodan mənimlə danışması emosional an idi. Bu gözəl komandanın 4 il ərzində bir parçası oldum və buna görə minnətdaram. İlk qələbəmi və ilk poulumu Ferrari ilə əldə etdim. Hamıya isbat etdim ki, yaxşı maşınım olsa, qələbələr və podium uğrunda mübarizə apara bilərəm. Artıq hədəfim növbəti mövsüm Williams ilə birlikdə geri dönməkdir. İndi bütün diqqətimi buna yönləndirəcəm”.

Rauf Hacıyev

Şərh əlavə et