Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Yarışdan həzz alacağam

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, nəticədən razıdır və mövsümün son yarışından həzz alacaq. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü cümə günü boliddə əziyyət çəksə də, şənbə günü onun üçün pis keçməyib. O, sıralanma turunda son sessiyaya qala bilib və 8-ci yeri tutub. 

Fernando Alonso bildirib ki, onlar Əbu Dabidəki sıralanma turundan əvvəl sazlanma dəyişiklikləri ediblər və bundan sonra bolid yaxşılaşmağa doğru gedib. Lakin o əlavə edib ki, təkər yeyilməsi yarışda onların işini çətinləşdirəcək: “Məncə, bu ilin ən yaxşı sıralanma pilotu mənəm ya da buna yaxınam. Nəticə gözləntilərimizdən çox yaxşlı oldu. Həftəsonuna pis başladıq və bolidi sürmək çox çətin idi. Arxa tərəfi idarə edə bilmirdim. Gecə ərzində çox işlədik və biliddə çox şeyi dəyişdirdik.

Bolidi yaxşılaşdırmaq üçün yaxşı bir sazlanma tapdırq və bu da dövərvi nəticəyə təsir etdi. Bu bolidlər çox həssasdırlar və bir neçə millimetrlik yüksəklik fərqi belə böyük dəyişikliklərə səbəb ola bilir. Yenə də vaxtında balans tapdıq və nəticəsən çox razıyam.
Yarışın çox çətin keçəcəyini bilirəm. Yenə dətəkərlərin yeyilməsi çox vacib problem olacaq. Cümə günü yarış tempində işləyərkən komandalar tələrlərdən çox çətinlik çəkdilər. Bundan başqa Əbu dabidə iki DRS bölgəsi var və dəyişikliklər bizə çoxlu fürsətlər verəcəklər.
Son yarışda xal qazanmaq əla olardı. Sıralanma turunda əlimizdən gələni etdik. İndi növbə bazar günündədir. tək istəyim yarışdan həzz almaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et