Kokpit.az bildirir ki, sessiya günorta saatlarında başlayıb. İlk sürətli dövrəni isə Alpine komandasının sürücüləri atıblar. Komanda ilə ilk yarışına çıxan Cek Duhən Soft təkərlərlə 1.25.633 zaman nəticəsi göstərərək lider olub. Sessiyanın ilk 10 dəqiqəsində Alpine komandasının sürücülərindən başqa heç kim dövrəvi nəticə göstərməyib.
Sessiyanın 20 dəqiqəsi geridə qalarkən Kevin Maqnussen liderliyi ələ kçeirib. Lando Norris ondan 0.342 saniyə geridə qalaraq, ikinci olub. Ferrari komandasından Şarl Lekler isə liderdən 1.257 saniyə geridə 10-cu yerdə qalıb. Maks Ferstappen Medium təkərlərlə atdığı dövrə ilə beşinci yerə yüksəlib.
Sessiyanın bitməsinə 20 dəqiqə qalmış Kevin Maqnussen liderliyini qoruyub. Onu Medium təkərlərlə nəticə göstərən Karlos Sayns və Maks Ferstappen izləyiblər. Ancaq Williams komandasından Aleks Elbon 1.24.378 zaman nəticəsi ilə liderliyi Kevin Maqnussendən alıb.
Sessiyanın bitməsinə 10 dəqiqə qalmış isə sürətli dövrələr ardıcıl olaraq gəlməyə başlayıb. Corc Rassell qısa müddət lider olub, amma Oskar Piastri Mercedes komandasının sürücünə 0.642 saniyə fərq ataraq, birinciliyə yüksəlib. Lando Norris isə ikinci yeri tutub. Üçlüyü son 4 ilin Dünya Çempionu Maks Ferstapen bağlayıb. Lakin sonradan Lyuis Həmilton üçüncü yeri niderlandlı sürücüdən alıb.
Maks Ferstappen, Karlos Sayns, Corc Rassell, Niko Hülkenberq, Kevin Maqnussen, Şarl Lekler və Serxio Peres onluğu bağlayan sürücülər olublar.
Şərh əlavə et