Kokpit.az xatırladır ki, meksikalı sürücü cümə sərbəst yürüşlərində yaxşı çıxış etməyib. O, birinci sərbəst yürüşlərdə 10-cu yeri tutub. İkinci sərbəst yürüşlərdə isə 14-cü olub.
Serxio Peres günün sonunda heç də xoşbəxt görünməyib: “Bolid vahid dövrədə asfaltla heç də yaxşı ilişmirdi. Buna görə də çətin gün olud. Bunun üzərində işləməliyik, çünki bu hal bizim döğrudan da başımızı ağrıdır. Bolidi vahid dövrədə daha sürətli etmək üçün bir neçə şey sınasaq da, işə yarayan həll yolu tapa bilmədik.
Bolidin ümumi balansının çox pis olduğunu deyə bilmərəm, amma sıralanma tempində çox yavaşıq və bunu düzəltməliyik. Rəqabətədavamlı ola bilmək üçüm çox işləməliyik. Yarış tempimiz isə ümidvericidir. Sadəcə bunu vahid dövrəyə də əks etdirməliyik”.
Şərh əlavə et