Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Gecə yata bilmədim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki,zəhərləndiyi üçün bütün gecə yata bilməyib. 

Kokpit.az xatırladır ki, monakolu sürücü Əbu Dabi Qran Prisinin birinci sərbəst yürüşlərində qardaşı Artur Lekler ilə komanda yoldaşı olub. Lakin Şarl cümə günü həm texniki problemlər yaşayıb, həm də qida zəhərlənməsindən əziyyət çəkib. Buna baxmayaraq, 27 yaşlı pilot qardaşı ilə eyni komandada çıxış etdiyi anları xüsusi adlandırıb. 

Şarl Lekler: “Artur ilə trasda olmaq çox emosional an idi. Qətiliklə, dəbilqəmi çox tez taxdım, çünki çox emosional idim. Cümə günü özümü yaxşı hiss etmirdim. Narahatlıq dördüncü gün gecə qida zəhərlənməsi ilə başladı və yata bilmədim. Çox yorğunam və sadəcə yatmaq istəyirəm. Cümə günü trasa çıxmaq istəmədim, amma xüsusi gün idi və qardaşımla trasa çıxmaq mənə motivasiya verirdi.

O anda problemlər də başladı. Bolidi işə salanda batareyada problem olduğu aşkarlandı. O an beynimdən bir neçə düşüncə keçdi. Qardaşımla bu gözəl fürsəti dəyərləndirə biləcəyik? Bundan başqa çempionat da ağlıma gəldi. Bu problem işimizi çətinləşdirdi.

Amma aldığım cəza məni həvəsdən salmır. Hazırda özümü bir az yaxşı hiss edirəm. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. Sözlərlə oyun oynamağa çalışmıram.

Bəli, hazırda McLaren bizdən sürətli görünür. Təəssüf ki, onlar hazırda üstündürlər. Ancaq bu hal şənbə günü sürətlə dəyişə bilər. Cümə günü bizim tərəfdə problemlər yaşandı. Heç kimin problem yaşamasını istəmərəm, lakin biz öz işimizə köklənəcəyik və bazar günü güclü geridönüş etmətə çalışacağıq”.

Qeyd edək ki, Şarl Lekler cümə günü birinci sərbəst yürüşlərdən sonra batareya dəyişimi edib və buna görə də bazar günü yarışın startında 10 yer itirmək cəzası alıb. Bu isə o deməkdir ki, monakolu sürücü yarışa ən yaxşı halda 11-ci yerdən başlayacaq.

 

 

Rauf Hacıyev

Şərh əlavə et