Xəbəri Kokpitdə Oxuyun!

Louson artıq Red Bull-dadır?

İtaliya mətbuatının verdiyi xəbərə görə Red Bull komandası Liam Lousonu artıq transfer edib və tezliklə rəsmi xəbər veriləcək

İtaliyanın Motorsport.com saytından Roberto Çinkeronun eksklüziv xəbərinə görə, Red Bull Racing-in Serxio Pereslə yollarını ayırmaq qərarı dəqiqləşib. Bu ayrılığın təfərrüatları Abu Dabi Qran Prisindən dərhal sonra açıqlanacaq.

Meksikalı sürücünün gedişindən sonra Red Bull gənc pilotlarından biri olan Liam Lousonu əsas komandaya yüksəldəcək. Lousonun bu şansı qazanmasında Yuki Tsunodaya qarşı çıxışının mühüm rol oynadığı bildirilir.

Red Bull-un ilk dəfə deyil ki, qəfil qərarlar verir 

Red Bull keçmişdə ani sürücü dəyişiklikləri ilə yadda qalıb. Peresin müqaviləsinin 2025-ci ilin sonuna qədər olmasına baxmayaraq, meksikalı sürücü də belə gözlənilməz bir qərar ilə 4 il əvvəl komandaya qoşulmuşdu.

Red Bull komandası 2019-cu ildən – Daniel Rikakrdo ayrılandan bəri Maks Ferstappenə uyğun komanda yoldaşı axtarır. Pyer Qasli və Aleks Elbon kimi pilotlar bu işi bacarmamışdı Bununla da Red Bull komandası fərqli addım atmışdvə gənc sürücü proqramından olmayan Serxio Peresi transfer etmişdi.

Peresin Red Bull karyerasına nəzər salsaq, Ferstappenlə performans fərqi diqqəti cəlb edir. İlk mövsümündə Ferstappenin xallarının cəmi 48 faizini toplamışdı. 2022-ci ildə meksikalı sürücünün nisbəti  2023-cü ildə 35 faizə düşmüş və ​​tənqidlərin hədəfinə çevrilmişdi. Bu artan fərq bu il MMühəndislər Kubokunun itirilməsinə səbəb olub.

Peres Mercedes pilotları Corc Rassel və ya Lyuis Həmilton qədər xal toplasaydı, Red Bull hər iki cəbhədə çempion olaraq mövsümü  başa vura bilərdi.

Red Bull-un sürücü tədqiqat sistemi

Red Bull-un gənc sürücü proqramını idarə edən Helmut Marko bir dövrün ən uğurlu sürücülərini seçsə də, son illərdə Rassell, Lekler, Norris və Piastri kimi bir çox istedadı əldən verib.

Bundan əlavə, Karlos Sayns, Pyer Qasli və Aleks Elbon kimi potensial pilotlar da Red Bull-un proqramından ayrılıb.

Marko bu problemini Lousonu Red Bull-a yüksəltməklə həll etməyə ümid edir. Louson indiyə qədərki performansı ilə perspektivli namizəd olsa da, Ferstappen kimi ulduzla yarışmaq böyük məsuliyyət tələb edir. Gənc sürücünün bu təzyiqə necə cavab verəcəyi maraq doğurur.

Liam Lousonun əsas komandaya yüksəlməsi Red Bull-un gənc istedadına inamını göstərir. Lakin yeni zelandiyalı sürücünün Formula 1-də cəmi 11 Qran Pri təcrübəsi olması onun üçün böyük risk daşıyır.

Yuki Tsunoda yeni mövsümdə Red Bull-un ikinci komandası RB-də qalacağı halda, onun komanda yoldaşının Ayzek Həcər olacağı gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et