Kokpit.az xatırladır ki, McLaren komandası Əbu Dabidəki sıralanma turunda çox güclü təsir bağışlayıb. Lando Norris poul qazanıb və onun komanda yoldaşı Oskar Piastri isə ikinci yeri tutub. Belə olan halda McLaren komandası yarışı qazanmaq yolunda qəti favorit kimi görünür.
Mövsümün son yarışından əvvəl McLaren Mühəndislər Kubokunda ən yaxın rəqibi Ferrari-ni 21 xal qabaqlayır. Ferrari komandasının sürücüləri isə Yas Marinadakı yarışa 3-cü və 20-ci yerdən başlayacaqlar.
Lando Norris: “Bizim üçün mükəmməl bir gün idi. Ancaq gözləditimizdən bir az daha çətin keçdir. Həftəsonu ərzində sürətli idik. Buna görə də ilk iki yari tutmaq bizi çox sevindirdi. Ancaq işlər bir az da asan ola bilərdi. Yenə də əla dövrə vurdum və istədiyimiz kimi bitdi.
Sabah üçün məqsədimiz Ferrari-ni məğlub etməkdir, amma bunu ən yaxşı formada edib, yarışı qazanmaq istəyirik. Hazırda sadəcə başımızı aşağı əyib, işləməyə davam edirik. Sabah yarışı qazanmaq üçün çox yaxşı şansımız olacaq. Əlimizdən gələn hər şeyi edəcəyik, amma böyük hədəfimizə çatmaq üçün nə edəcəyimizi çox yaxşı bilirik.
Komanda inanılmaz bir iş gördüyü üçün çox xoşbəxtəm. Onlara çox təşəkkür edirəm. Mövsümün son sıralanma turunda bundan daha yaxşı nəticə qazana bilməzdik!”
Lando Norrisin komanda yoldaşı Oskar Piastri isə bildirib ki, əsas olan yarışı kimin qazanacağı deyil. Əbu Dabidə əsas məqsəd menpionluğu qazanmaq olacaq: “Çempionluğu qzanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bizim üçün əsl hədəf budur. Əminəm ki, ikimiz də yarışı qazanmağı çox istəyərik, amma çempionluğu hamı qazanmağı çox istəyir. Buna görə də bunun reallaşdığından əmin olmalıyıq”.
Şərh əlavə et