Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Bəxtim gətirmədi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Əbu Dabi Qran Prisinin sıralanma turunda trasa gec çıxıb və buna görə vaxtı az olub. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Mercedes ilə çıxdığı son sıralanma turunda birinci sessiyada ələnib və 18-ci yeri tutub. 

Lyuis Həmilton: “Sadəcə bəxtim gətirmədi. Problem yoxdur. Sazlanmalarda etdiyimiz dəyişikliklərdən sonra sərbəst yürüşlərdə maşın çox yaxşı idi. Buna görə də bu həftəsonu podiumun mümkün ola biləcəyini düşündüm. Amma sessiyada vaxtı düz idarə etmədik. Trasa ən son mən çıxdım və sonlarda Alpine sürücülərinin birinin arxasında qaldım. Buna görə də vaxtım qalmadı.

Boliddə özümü yaxşı hiss edirəm. Bu həftəsonu davamlı ilk beşlikdə olurdum. Sürmək asan idi və yaxşı nəticə əldə edəcəyimizə ümid edirdim. Lakin 18-ci yeri tutmaq həftəsonuna olan baxışımı dəyişdirdi. Yenə də sabah əlimdən gələni edəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et