Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Əlimizdən gələni edəcəyik

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Mühəndislər Kubokunu qazanmaq üçün əllərindən gələni edəcəklər. 

Kokpit.az xatırladır ki, Ferrari komandası Əbu Dabi yarışından əvvəl Mühəndislər Kubokunda McLaren-dən 21 xal geridə qalır. 

McLaren komandasının sürücüləri sabahkı yarışa ilk iki yerdən başlayacaqlar. Ferrari komandasının sürücüləri isə yarışa üçüncü və iyirminci yerlərdən start verəcəklər.

Sıralanma turunda üçüncü yeri tutan ispaniyalı sürücü düşünür ki, onlar yaxşı dövrələr vursalar da, rəqibləri üstün olublar.

Karlos Sayns: “Hədtəsonu ərzində çox yaxşı inkişaf etdik. Amma McLaren bütün həftəsonu ərzində bir az daha güclü idi. Amma biz də onların arxasındayıq və sadəcə 0.2-0.3 saniyə geridəyik.

Birinci və ikinci sessiyada doğrudan da yaxşı dövrələr vurdum, amma son sessiyada hər şeyi bir araya gətirdilər və bu anda bir balaca üstün idilər. Yenə də yarışı qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et