Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: AMR24 ən bərbad maşındır

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, AMR24 onun karyerası boyu sürdüyü ən zəif maşındır. 

Kokpit.az xatırladır ki, 2024-cü il mövsümü  həm ispaniyalı sürücü üçün, həm də Aston Martin üçün çətin keçib. “Yaşıllar” bu il ön sıralarda mübarizə aparmağı hədəfləsə də, ən yaxşı nəticələri beşincilik olub. Bu bəs deyilmiş ki, Alonso son 5 yarışda sadəcə 1 dəfə xal qazanıb. 

Qətərdə 7-ci olub xal qazandıqdan sonra Fernando Alonso Əbu Dəbudə yaxşı nəticəyə ümid edirdi, Lakin o birinci sərbəst yürüşlərdə 11-ci, ikinci sərbəst yürüşlərdə isə 16-cı yeri tutub.

İkqat Dünya Çempionu cümə sərbəst yürüşlərindən sonra açıq formada boliddən narazı olduğunu deyib: “Bu indiyə kimi sürdüyüm ən pis maşındır. Komanda da məni çox pis yerdə trasa buraxdı və trafikə düşdüm. Növbəti dəfə qızdırma dövrəmi özüm hazırlayacağam”.

 

Rauf Hacıyev

Şərh əlavə et