Xəbəri Kokpitdə Oxuyun!

Çeyz Keri yeni vəzifəyə təyin edilib

Liberty Media şirkəti Formula 1-in sabiq rəhbərini idarə heyətinin üzvü təyin edib. Amerikalı mütəxəssis Stefano Domenikaliyə kömək edəcək və Liberty-nin F1 üzərindəki nəzarətini gücləndirəcək.

Keri 2021-ci il mövsümündən əvvəl Formula 1-in baş direktoru vəzifəsindən ayrılmışdı və estafeti Ferrari komandasının keçmiş rəhbəri Stefano Domenikaliyə vermişdi. 2022-ci ilə qədər Liberty Media-nın prezidenti vəzifəsini icra edən Keri bundan sonra şirkətin direktorlar şurasının icraçı komitəsində fəaliyyət göstərəcək.

Bu addım Liberty Media-nın MotoGP-ni almasından sonra digər əyləncə aktivlərini yenidən strukturlaşdırmaqla F1 və MotoGP-yə diqqəti yönəltmək strategiyasının bir hissəsi hesab olunur. Bildirilir ki, Keri F1-in gündəlik fəaliyyətində birbaşa iştirak etməyəcək. Bu məsuliyyət Stefano Domenikalinin əlində qalmağa davam edəcək. Lakin lazım gəldikdə, Stefanoya dəstək verəcək.

Qeyd edək ki, İrlandiya əslli Çeyz mühüm islahatların, xüsusilə 2021-ci ildə qüvvəyə minən büdcə limitinin həyata keçirilməsində mühüm rol oynayıb.

 

Elçin Zodorov

Şərh əlavə et