Kokpit.az bildirir ki, FİA yarış həftəsonundan əvvəl yayımladığı siyahıda Williams komandasının sürücülərinin hər ikisinin də yeni ötürmələr qutusuna keçdiyini bildirib. İki sürücü də limitdə olduqları üçün Əbu Dabi Qran Prisində cərimələniblər.
Beləliklə, həm Aleks Elbon, həm də Franko Kolapinto Əbu Dabi yarışının startında 5 yer itirəcəklər.
Qeyd edək ki, Yas Marinadakı birinci sərbəst yürüşlərdə Franko Kolapinto 7-ci yeri tutub. Aleks Elbon isə birinci sessiyada iştirak etməyib, çünki onu Lyuk Brouninq əvəz edib.
Şərh əlavə et