Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler startda 10 yer itirəcək

Ferrari komandasının sürücüsü Şarl Lekler yeni batareyaya keçdiyi üçün Əbu Dabi yarışının startında 10 yer itirəcək. 

Kokpit.az xatırladır ki, monakolu sürücü Yas Marinadakı birinci sərbəst yürüşlərin əvvəlində batareya problemi yaşamış və trasa hamıdan gec çıxmışdı. 27 yaşlı pilot yekunda sessiyanı birinci yerdə bağlasa da, “qırmızılar” onun maşınındakı batareyanı dəyişmək qərarına gəliblər. 

İtaliya komandasının ehtiyatında batareya olmadığı üçün Şarl Lekler tamamilə təzə batareyaya keçməli olub. Bu da çempionluq uğrunda mübarizədə Ferrari üçün böyük zərbədir, çünki gənc monakolu yarışın startında 10 yer itirəcək.

Rauf Hacıyev

Şərh əlavə et