Kokpit.az xatırladır ki, monakolu sürücü Yas Marinadakı birinci sərbəst yürüşlərin əvvəlində batareya problemi yaşamış və trasa hamıdan gec çıxmışdı. 27 yaşlı pilot yekunda sessiyanı birinci yerdə bağlasa da, “qırmızılar” onun maşınındakı batareyanı dəyişmək qərarına gəliblər.
İtaliya komandasının ehtiyatında batareya olmadığı üçün Şarl Lekler tamamilə təzə batareyaya keçməli olub. Bu da çempionluq uğrunda mübarizədə Ferrari üçün böyük zərbədir, çünki gənc monakolu yarışın startında 10 yer itirəcək.
Şərh əlavə et