Xəbəri Kokpitdə Oxuyun!

Martins mövsümün son yarışına pouldan başlayacaq

Formula 2 üzrə Əbu Dabi Qran Prisinin sıralanma turunda poulu Viktor Martins qazanıb. 

Kokpit.az bildirir ki, Formula 2-dəki sərbəst yürüşlərdə çempionluğun əsas namizədləri Ayzek Həcər və Qabriel Bortoleto yaxşı dövrələr vurublar. Fransalı həcər ən yaxşı zzaman nəticəsini göstərib. Braziliyalı Bortoleto isə ikinci yeri tutub. Həcər daha sonra Əbu Dabi Qran Prisinin birinci sessiyasında Red Bull ilə trasa çıxıb. 

Abu Dabi Qran prisindən əvvəl Bortoleto turnir cədvəlində liderdir və Həcəri sadəcə o.5 xal qabaqlayır. Buna görə də poul üçün verilən 1xal çox vacib idi. Bundan başqa darısqal Əbu Dabi trasında ötmə çətin olduğu üçün burada sıralanma turu çox böyük əhəmiyyət kəsb edir.

Sıralanma turunun əvvəlində ilk cəhd Oliver Bermandan gəlib. Britaniyalı sürücü komanda yoldaşı Kimi Antonellini yarım saniyə qabaqlayaraq, liderliyi alıb. Ancaq nəticələrin yaxşılaşacağı əvvəldən məlum idi. Pol Aron, Bortoleto və Viktor Martins kimi sürücülər sürətlə Bermanı geridə qoyublar.

Tras şəraiti yaxşılaşdıqca dövrəvi nəticələr də yaxşılaşmağa başlayıb. Bununla da Bortoleto 1.36.050 zaman nəticəsi ilə zirvəni ələ keçirib. Sıralanma turunun ilk yarısı sona çatanda bütün sürücülər yeni təkər dəstləri üçün boksa qayıdıblar. Mübarizə son 12 dəqiqədə yenidən başlayıb və poulun taleyi bu cəhdlərdən sonra məlum olub.

Viktor Martins 1.35.745 zaman nəticəsi göstərib və 96 saniyənin altına düşən ilk pilot olub. Çempionluq uğrunda mübarizə aparan Bortoleto və Həcər isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Lakin bu anda Rafael Vilyaqomesin maşını trasda daayndığı üçün qırmızı bayraqlar çıxıb və buna görə də qırmızı bayraqlar dalğalanıb. Bununla da sessiya dayandırılıb.

Sessiya yenidən başlayandan sonra Bortoleto və Həcər nəticələrini yaxşılaşdıra bilməyiblər. Hətta Pol Aron nəticəsini yaxşılaşdırdığı üçün Həcər üçüncü yerdən dördüncü yerə geriləyib. Viktor Martins isə bu gün poul qazanaraq, bazar günü keçiriləcək əsas yarışa lider başlama haqqı əldə edib. Çempionatın lideri Bortoleto isə ikinci yeri tutmaqla yarışa ilk cərgədən start verəcək. Onu Pol Aron və Ayzek Həcər izləyəcəklər.

 

Rauf Hacıyev

Şərh əlavə et