Kokpit.az bildirir ki, Əbu Dabidəki birinci sərbəst yürüşlər isti hava şəraitində başlayıb. Yaşıl işıqların yanması ilə 1 saatlıq sessiyaya start verilib və trasa çıxan ilk sürücü Fernando Alonso olub.
Əksər komandalar birinci sərbəst yürüşlərdə debütant sürücülərlə iştirak ediblər. McLaren komandasında Oskar Piastrini Rio Hirakava, Ferrari-də Karlos Saynsı Artur Lekler, Red Bull-da Maks Ferstappeni Ayzek Həcər, Aston MArtin-də Ləns Strollu Feipe Druqoviç, Williasm-da Aleks elbonu Lyuk Brouninq, RB-də Yuki Tsunodanı Ayumu İvasa əvəz edib.
alpine komandası isə daha əvvəl xəbər verdiyimiz kimi Əbi Dabidə Qran Prisində Esteban Okonu Cek Duhənlə əvəz edib.
Şarl Lekler sessiyanın əvvəlində trasa çıxmayıb və boksda qalıb. Bunun əsas səbəbi isə Ferrari mexaniklərinin boksda hibrid sistemini təhlil etməsi olub. Bu anda ikinci sektorda qısa müddətlik sarı bayraq çıxıb və ayzek Həcər altıncı döngədə yerində fırlanaraq, trasa geri qayıdıb.
Əkdər sürücülər Medium təkərlə trasa çxııblar və ilk 10 dəqiqədən sonra Corc Rassell 1.26.894 zaman nəticəsi ilə zirvəyə yerləşib. Onu Haas komandasının sürücüləri izləyiblər. Lyuis Həmilton və Lando Norris 16-cı döngədə əngəlləməy görə stüardlar tərəfindən qeydə alınıblar və insidentin sessiyadan sonra açıqlanacağı bildirilib. Daha sonra isə Corc Rassell 1.25.571 ilə nəticəsini yaxşılaşdıraraq, liderliyini davam etdirib. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Lando Norris və Lyuis Həmilton qərarlaşıblar.
Sessiyanın 30 dəqiqəsi geridə qaldıqda Lyuis Həmiltin komanda yoldaşını 0.005 saniyə qabaqlayaraq, liderliyə yüksəlib. Bundan sonra nəticə uzun müddət dəyişməyib. Amma sürücülər Soft təkərə keçdikdən sonra nəticələr yaxşılaşmağa başlayıb. Əvvəlcə Lando Norris 1.24.542 zaman nəticəsi ilə zirvəni ələ keçirib.
Corc Rassell radiodan bolidin əyləclərində problem olduğunu deyib. Pyer Qasli isə sarı bayraqlarda yavaşlamadığı üçün stüardlar tərəfindən qeydə alınsa da, sonda ona cəza verilməyib.
Ibu Dabidəki birinci sərbəst yürüşləri Şarl Lekler 1.24.321 zaman nəticə ilə zirvədə bağlayıb. Onu 0.221 saniyə geridən Lando Norris izləyib. Lyuis Həmilton üçüncü, Corc Rassell 4-cü yerləri tutublar. Beşliyi Pyer Qasli bağlayıb.
Bu sürücüləri Niko Hülkenberq, Franko Kolapinto, Kevin Maqnussen, Felipe Druqoviç və Serxio Peres izləyiblər.
Şərh əlavə et