Kokpit.az bildirir ki, Əbu Dabidə ikinci sərbəst yürüşlər sıralanma turu və yarışla eyni şəraitdə olduğu üçün burada dövrə vurmaq çox vacib idi. Sürücülər burada əsasən yarış tempinə kökləniblər və sessiya ərzində heç bir insident baş verməyib. Bu isə o deməkdir ki, sürücülər 60 dəqiqəlik sessiyadan faydalı formada istifadə ediblər.
McLaren komandasının sürücüləri soyuyan trasda ön plana çıxıblar. Lando Norris 1.23.517 zaman nəticəsi ilə zirvədə yer alıb. McLaren komandasının digər sürücüsü Oskar Piastri isə Landodan 0.234 saniyə geriqə qalaraq, ikinci olub. Beləliklə, McLaren Əbu Dabidə cümə gününü zirvədə qapadıb.
Haas komandasının sürücüləri sessiya ərzində gözlənilmədən ən sürətli olublar. Niko Hülkenberq lider Norrisdən 0.4 saniyə geridə qalaraq, üçüncü olub və surprizə imza atıb. Kevin Maqnussen isə liderdən 0.7 saniyə geridə qalaraq, günü 8-ci yerdə bağlayıb.
Ferrari ilə son yarışına çıxamağa hazırlaşan Karlos Sayns liderdən 0.5 saniyə geridə qalaraq, dördüncü yeri tutub. Mercedes-lə vidalaşmağa hazırlaşan Lyuis Həmilton isə beşinci olub. Mədəsindən narahat olan Şarl Lekler isə günü altıncı yerdə bağlayıb.
Şərh əlavə et