Kokpit.az xatırladır ki, meksikalı sürücü bu il çox zəif performans göstərir. O, sonuncu qətər yarışında da yerində fırlanaraq ilişmə muftasını yandırmış və mübarizəni dayandırmışdı.
34 yaşlı pilotun belə zəif performansı bəzi dedi-qodulara səbəb olub. Bəzi resurslar artıq onun Red Bull-da son günlərini keçirdiyini və növbəti mövsümdə əvəzinə Liam Lousonun gətiriləcəyini yazır.
Serxio Peres: “Qətərdə hər şeydən əvvəl sazlanma cəhətdən lazımi qədər aqressiv ola bilmədik. Hard təkərdə bu qədər zəif ilişmə gözləmirdim. Qətiliklər ilişmə yox idi. Daha sonra idarəetməni itirdim.
Məncə, podium uğrunda mübarizə apara bilərdik. Temp cəhətdən qətiliklə çox çətin həftəsonu oldu. Təəssüf ki, yaxşı nəticə qazana bilmədik.
Son bir neçə yarışda yaxşıya doğru getdik, amma bir səbəbə görə hər şeyi bir araya gətirə bilmirik. Buna görə də mövsümün son yarışında yaxşı nəticə üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik, çünki mövsümü yaxşı nəticə ilə bitirmək həmişə gözəldir.
Mənim üçün əsas olan həftəsonuna köklənməkdir. Komanda üçün əlimdən gələnin ən yaxşısını etmək və bütün komandaya özümü isbatlamaq istəyirəm. Məncə, bu həftəsonunun ən əsas hədəfi budur.
Bütün il ərzində dediklərimdə dəyişiklik yoxdur. Gələn il üçün müqaviləm var və gələn il də Red Bull üçün yarışacağam. Bundan başqa deyəcək sözüm yoxdur. Hələ burada bir neçə ilim olduğunu hiss edirəm və karyeramı Red Bull-da bitirmək istəyirəm.
Dedi-qodular məni maraqlandırmır. Söz-söhbətləri gördüm, amma son bir neçə ayda dəyişən heç nə yoxdur. Deyəcək başqa sözüm də yoxdur. Vacib olan bir yerdə olmaqdır, çünki yaxşı mövsüm keçirmədim. Yenə də mənimlə müqavilə yeniləmələrinin bir səbəbi var”.
Şərh əlavə et