Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Əbu Dabidə Ferrari ilə son yarışına çıxacaq və növbəti mövsümdən etibarən Williams komandasının şərəfini qoruyacaq. Onu Ferrari komandasında Formula 1-in əfsanəsi Lyuis Həmilton əvəz edəcək.
Karlos Sayns: “Burada oturub, buna görə əsəbiləşmədim deyə bilərəm, amma o anda sizə bu xəbəri verdiklərində doğrudan da çox əsəbiləşirsiniz.
Qərarı anlamırsınız və söyüş söyürsünüz. Başınıza gələn heç bir şeyi anlamırsınız. O anda həyatınızdakı hər şeyin qorxunc olduğunu düşünürsünüz. Daha sonra zaman hər şeyi yaxşılaşdırır və bəzi şeyləri qəbul etməyə başlayırsınız. Hər şeyi daha açıq başla düşünürsünüz. Anlamağa, uyğunlaşmağa, bağışlamağa, unutmağa və həyata davam etməyə başlayırsınız. Sadəcə davam etməlisiniz. Özümə sadəcə davam et və işini gör dediyimi xatırlayıram.
Bu gün verilən bu qərarı 100 faiz anlayıram. Məncə, baş biri olsaydı, anlamağım çox uzun vaxt çəkərdi. Ancaq yeddiqat Dünya Çempionu titulu qazanmış, tarixin ən yaxşısı olmasa da, ən yaxşılardan biri olan Lyuis Həmiltonun Ferrari-də sizi əvəzləməsi fərqli bir vəziyyətdir.
Yekunda Lyuis karyerasının sonlarını Ferrari komandasında keçirmək istəyirdi və bunu bilirik. Bunun reallaşması üçün bir sürücü fəda edilməli idi. Bu sürücünün Şarl olmamasını anlayıram. Kiçik yaşlarından Ferrari komandasınım layihəsi olub. Uzun illərdir ki, layihənin mərkəzindədir. Mən isə Ferrari-yə Fettelin əvəzedicisi kimi gəldim. Demək olar ki, təsadüfi alınmışdı. Ancaq Şarl əvvəldən burada idi. Buna görə də fəda edilən adam olmağımı anlayıram. Bunu əvvəldən anlamışdım. Sadəcə o vaxtlar eyni fikirdə deyildim. Ancaq sonda bunu qəbul edirsiniz və işinizlə məşğul olursunuz.
Gələcəkdə Ferrari-yə qayıda bilərəm. Niyə də yox? Eyni zamanda bunun tezliklə baş verəcəyini düşünmürəm. Yenə də həyat uzundur və hələ 30 yaşım var. Formula 1-də 42 yaşlı pilotlar görürsünüz. Yəni uzun illər Formula 1-də qalsam, Ferrari gələcəkdə yenə də xidmətimdən yararlana bilər. Bu o demək deyil ki, bunu istəyirəm ya da səbirsizliklə gözləyirəm. Hazırda beynimdə daha böyük hədəf var və o da Williams-a kömək edərək, onları ön sıralara daşımaqdır”.
Şərh əlavə et