Kokpit.az bildirir ki, Esteban Okon mövsümsonu testlərində ilk dəfə Haas ilə trasa çıxacaq Alpine bunun üçün fransalı sürücünü Əbu Dabidə Cek Duhənlə əvəz edəcək.
Haas komandası mövsümsonu testlərdə gənc sürücü kimi Toyota-nın WEC komandasından Rio Hirakava ilə çıxış edəcək.
Hirakava isə iki dəfə Toyota ilə WEC-də Dünya Çempionu olub. Yaponiyalı avtomobil istehsalçısının Haas ilə başlatdığı texniki tərəfdaşlığa görə Hirakava Formula 1 bolidi sürmək şansı qazanıb. Bu tərəfdaşlığa görə Haas komandası Toyota-nın Kölndəki bazasından istifadə edə biləcək. Toyota-nın gənc mühəndisləri və sürücüləri isə Formula 1 təcrübəsi qazanmaq şansına sahib olurlar.
Bundan başqa Rio Hirakava McLaren ilə birinci sərbəst yürüşlərdə iştirak edəcək. Yaponiyalı sürücü Oskar Piastrinin əvəzinə sükan arxasına keçəcək. Mövsümsonu qış testlərində McLaren adına İndyCar-dan Pato O’Vard çıxış edəcək.
Şərh əlavə et