Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Niderland 2026-cı ildən sonra təqvimdən çıxır

Niderland Qran Prisinin təşkilatçıları 2026-cı ildən sonra Formula 1 təqvimindən çıxmaq qərarı alıb.

Kokpit.az bildirir ki, Niderland Qran Prisi 2021-ci ildə Formula 1 təqvimində debüt etmiş və fərqli azarkeşləri ilə diqqəti cəkb etmişdi.

2025-ci ildəki yarış 29-31 avqust tarixində baş tutacaq. 2026-cı ildəki yarışın vaxtı hələ məlum olmasa da, həmin il Zandfortda sprint yarışının keçiriləcəyi artıq dəqiqləşib.

Formula 1-in rəhbəri Stefano Domenikali: “Son illərdə Niderland Qran Prisinin heyətinin gördüyü işlərdən çox razıyam. Avropa Qran Priləri arasında əyləncə meyarını yüksəltdilər. Formula 2, Formula 3 və F1 Academy seriyalarını qəbul edərək, gənc istedadların inkişafına dəstək oldular və sintetik layihələri ön planda tutaraq, dünyadakı bütün tədbirlərimizi dəstəklədilər.

Bütün azarkeşlər müqaviləni uzatmaq üçün işbirliyi etdilər. Alternativ təqvim ya da başqa seçimlərimiz də var idi, amma 2026-cı ildə möhtəşəm işbirliyini bitirmək fikirlərinə hörmət edirik. Niderland Qran Prisi komandasına və Zantfort icra hakimiyyətinə bu ortaqlığa görə təşəkkür edirəm”.

Niderland Qran Prisinin direktoru Robert van Overdayk: “Niderland Qran Prisi Sportvibes, TIG Sports və Zandfortun mükəmməl tərəfdaşlığının bir nəticəsidir. Yarışı Niderlanda qaytarmaq hədəfimizi reallaşdırmaq bizim üçün böyük uğurdur. Bununla qürur duyuruq.

Biz bu gün bir eranın bitməsini elan etsək də, 2025 və 2026-cı illərdəki Niderland Qran Prilərində azarkeşləri həyəcanlandıracağımıza inanırıq. Xüsusən də 2026-cı ildəki sprint yarışı unudulmaz olacaq.

Bu qərarı tədbirimiz hələ azarkeşlər, bölgə sakinləri və Formula 1 fanları tərəfindən sevilərkən almaq istədik. Stefano Domenikali və bütün Formula 1 komandasına təşəkkür edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et