Kokpit.az xatırladır ki, reqlamentə görə komandalar mövsümdə ən az iki dəfə gənc sürücüləri sərbəst yürüşlərə çıxarmalıdır. Komandalar əksər hallarda ikinci və son haqqlarını Əbu Dabidə istifadə edirlər.
Ferrari də bu komandalardan biridir. Uzun müddət idi ki, Əbu Dabidə trasa kimin çıxacağı ilə bağlı söz-söhbətlər gedirdi. “Qırmızılar” sonda Şarl Leklerin qardaşı Artur Lekleti seçiblər.
Beləliklə, Əbu Dabidə iki qardaş eyni boksda olacaqlar. Bundan başqa Red Bull komandasında Maks Ferstappeni Ayzek Həcər, McLaren-də Oskar Piastrini Pato O’Vard əvəz edəcək. Aston Martin-də Felipe Druqoviç, Williams-da Lyuk Brovninq və RB-də Ayumu İvasa birinci sessiyada trasa çıxacaqlar.
Şərh əlavə et