Kokpit.az xatırladır ki, 19 yaşlı sürücü Formula 2 üzrə Qətər Qran Prisinin sprint yarışında qalib gəlib.
Oliver Berman 2022-ci ildən Prema komandasında yarışır və 2022-ci ildə Formula 3-də 2023-cü ildən Formula 2-də sırf Prema ilə çıxış edib. Britaniyalı sürücü Prema ilə 8-ci, builki üçüncü qələbəsini Qətərdə qazanıb. O, yarışdan sonra radiodan ağlayaraq qələbəni qeyd edib.
Oliver Berman: “Prema ilə az vaxtım qalıb və bu komandaya gələndə yaşım az idi və 20 santimetr qısa idim. Premaya uşaq yaşımda gəldim və gələn il Formula 1-də yarışmağa hazırlaşıram. Prema məni pilot kimi formalaşdırdı və insan olaraq böyüdüm.
Onlar ailəm kimi idilər. Onlardan ayrılmaq məyusedicidir. Burada yaxşı insanlarla tanış oldum və sağollaşmaq həmişə çətindir. Həmişə belə anlarda emosional oluram və buna görə də Əbu Dabi çətin keçəcək.
Prema-nın loqotipi ilə yarışdığım üçün çox sevincliyəm və onlar üçün çox darıxacağam”.
Şərh əlavə et