Kokpit.az xatırladır ki, ispaniyalı sürücün Qətər yarışında təkəri partlayıb və yarışı 6-cı yerdə bitirib. Lakin bazar günü McLaren-in də xal itirdiyini düşünsək, Ferrari daha çox xal qazana bilərdi.
Karlos Sayns: “Məncə, daha pisi ola bilməzdi, çünki son döngədən çıxarkən ya da son sektorda təkərim partladı. Bu da o demək idi ki, partlamış təkərlə bir dövrə vurmalı idim. Çox vaxt itirdim. Bundan əlavə komanda çox yavaş pit-stop etdi və trasa qayıdan kimi təhlükəsizlik maşını rejimi başladı. Doğrudan da çox vaxt itirdim. Bundan pisi ola bilməzdi.
Yarışa altıncı yerdən başladım və bütün bu hadisələrdən sonra elə eyni yerdə də bitirdim. Yarışın sonlarında isə zədəli maşınla yarışmalı oldum. Buna görə də kabus kimi gün idi. Altıncı yer bəlkə elə də pis deyil, amma ən azından Şarl digər maşınla maksimum xal qazandı. Mən də başıma gələnlərə baxmayaraq zərəri minimuma endirə bildim.
Mühəndislər Kubokundakı mübarizəni sonrakı yarışa daşıya bildik. Əslində yarışı üçün yerdə bitirə bilərdik. Yəni ssenari fərqli olsaydı, çempionat üçün çox vacib 4 xal qazanmaq mümkün idi. Ancaq altıncı yerdən başlayıb, təkər parltadıb, təhlükəsizlik maşınının səhv vaxtda trasa girməsinə baxmayaraq, altıncı olamaq yaxşı nəticədir.
Məncə, Dünya çempionluöu hələ də çətin hədəfdir. Ferrari üçün mükəmməl, McLaren üçün isə mox pis həftəsonu olmalıdır. Yenə də bir həftəsonunda işlərin necə dəyişdiyini gördük. Buna görə də əlimizdən gələnin ən yaxşısını edəcəyik. Əgər yaxşı həftəsonu keçirə bilsək, bunu bacaracağıq”.
Şərh əlavə et