Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Bu il çətin keçdi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, 2024-cü il onun üçün çətin keçib.

Kokpit.az xatırladır ki, meksikalı sürücü Qətər yarışına 9-cu yerdən başlasa da, mübarizəni vaxtından əvvəl dayandırıb.

Serxio Peres: “Bu il doğrudan da çətin keçdi. İlk bir neçə yarışdan başqa heç nə yolunda getmədi. Ümid edirəm ki, mövsümün son yarışı Əbu Dabidə yaxşı nəticə qazanarıq, çünki bu həftəsonu maşınımızdan çox şey öyrəndik”.

Serxio Peres restartdan sonra yerində fırlanaraq mübarizəni dayandırıb. Çeko bildirib ki, təkərlər həddən artıq soyuduğu üçün maşının arxasını itirib: “O an təkərlər sözün əsl mənasında donmuşdu. 12-ci döngədə sürətlənərkən birdəb çox güc aldım və buna görə də maşının arxasını itirdim”.

Rauf Hacıyev

Şərh əlavə et