Kokpit.az xatırladır ki, fransalı sürücü ilin sonunda Alpine ilə yollarını ayıracaq və Haas komandasına keçəcək. Onu isə Cek Duhən əvəz edəcək.
Esteban Okon son yarışlarda çox çətinlik çəkirdi. Braziliya Qran Prisindən başqa bütün yarışlarda o, komanda yoldaşı Pyer Qaslidən geri qalıb. Okon bu performans fərqini blidə uyğunlaşa bilmədiyi ilə açıqlasa da, Alpine bunu təkzib edib və bildirib ki, bolidlər eyni gücdədirlər.
Yekunda tərəflər mövsümün son yarışı Əbu Dabidə birlikdə yarışmama qərarı alıblar. Beləliklə, Cek Duhən möcsümün son yarışı Əbu Dabidə Esteban Okonu əvəz edəcək.
Alpine komandası bu barədə belə açıqlama verib: “Alpine komandası təsdiq edir ki, ehtiyac sürücüsü olan Cek Duhən Əbu Dabu Qran Prisində Esteban Okonu əvəz edəcək. Bu dəyişiklikdən sonra Esteban Okon mövsümsonu testlərində Haas ilə trasa çıxa biləcək.
Daha əvvəl gələn il komandaya qatılacağı açıqlanan Cek Duhən isə Əbu Dabi Qran Prisində ehtiyat sürücü nömrəsi olan 61 ilə mübarizə aparacaq. Bundan başqa Yas Marina trasındakı mövsümsonu testlərində sükan arxasına keçəcək”.
Beləliklə, Cek Duhən Formula 1-dəki debütünü tezləşdirmiş olacaq.
Şərh əlavə et