Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Yeddinci yer gözlənilməz oldu

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Qətərdə yeddinci yeri tutmaqla gözləntiləri aşıb.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü 8-ci başladığı Qətər yarışında 7-ci yeri tutub və uzun müddətdən sonra xal qazanıb.

Fernando Alonso: “Bizim üçün yaxşı bazar günü oldu. Çox xal topladıq. Yeddinci yer gözləntilərimizi aşdı. Önümüzdəki bəzi insidentlərdən və cəzalardan faydalandıq. Yarışda fürsətləri dəyərləndirmək üçün hazır idik və buna görə sevincliyik.

Çox gözlənilməz nəticə oldu. Sıralanma turunda maşın çox güclü idi. Yarışda isə bu yeri tutmaq surpriz oldu. Yarışda Alpine və Haas kimi sürətli idik. Təhlükəsizlik maşınları, Norrisin cəzaları və Çekonun mübarizəni dayandırmasına görə bəxtimiz gətirdi. Amma bu fürsətləri dəyərləndirmək üçün orada olmalıyıq. 14-cü ya da 15-ci olduğumuzda öndə nə baş verirsə-versin, bu fürsəti dəyərlərdirə bilmirik. Buma görə də doğru zamanda doğru yerdə idik.

Sinqapur yarışından bəri heç xal qazanmırdıq. Bu yarışda əlimizə fürsət düşdü və dəyərləndirdik. Komanda adına çox sevincliyəm.  İndi isə son bir yarış qalıb. Əbu Dabi yarışını yaxşı performansla bitirmək gözəl olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et