Kokpit.az xatırladır ki, monakolu sürücü Qətər Qran Prisinin sıralanma turunda 5-ci olub və Oskar Piastridən 0.03 saniyə geri qalaraq sadəcə 1 pillə aşağıda olub.
Şarl Lekler: “Yaxşı iş gördüyümüzü hiss edirəm. Son sessiyadakı hər iki cəhdim də yaxşı idi. Sözün açığı bu həftəsonu bizim üçün çətin keçir. Buna görə də bacardığımız qədər çox xal toplamalıyıq. Sıralanma turunda hər şeyi maksimum səviyyədə etdiyimizi hiss edirəm, amma xallar bazar günü yarışda verilir. McLaren-ə belə yaxın olmağımız sürpriz idi. Ancaq Red bull və Mercedes-in də belə sürətli olması bizi təəccübləndirdi.
Məncə, yarışda McLaren-in önündə olsaq da, istədiyimiz qədər xal qazana bilməyəcəyik. Buna görə də tamamilə özümüzə köklənməliyik. Start çox vacibdir, çünki daha sonra ötmə etmək çox çətindir”.
Şərh əlavə et