Kokpit.az xatırladır ki, niderlandlı sürücü sıralanma turunda möhtəşəm performansla poul alıb. Lakin o, sıralanma turundan sonra Corc Rasselli əngəllədiyi üçün stüardlar tərəfindən çağırılıb. Aparılan araşdırmalardan sonra Maks Ferstappenə startda 1 yer itirmə cəzası verilib. Bununla da, bugünkü yarışa Corc Rassell pouldan başlayacaq.
FİA verdiyi açıqlamada bunları deyib: “1 nömrəli maşın (Ferstappen) 63 nömrəli maşınla fərqli strategiyada idi. 1 nömrəli maşın deltanın çox xaricində idi və bildirib ki, 4 nömrəli maşınla (Norris) 14 nömrəli maşının (Alonso) keçməsinə icazə verib.
63 nömrəli maşın bildirib ki, deltaya əməl edib və 1 nömrəli maşının yarış trayektoriyasında olmasına təəccüblənib və iddia edib ki, bir maşın yavaş gedirsə, yüksək sürətli döngədə hərəkət etməməlidir. 1 nömrəli maşın Yarış Direktorunun Qeydlərinə əməl etməmiş və şəraiti nəzərə alsaq, lazımsız yerə çox yavaş sürüb. 1 nömrəli maşın açıq formada maşının təkərlərini soyutmaq istəyib. Bundan başqa 11 və 12-ci döngələrdə güzgüyə baxanda 63 nömrəli maşının yaxınlaşdığı görüb”.
Stüardlar hər iki maşının da sürətli dövrədə olmaması səbəbilə cəzanın yüngül olduğunu deyiblər. Sürətli dövrədə olan rəqibi əngəlləyən zaman yarışın startında 3 yer itirirsən: “Bu insident iki sürücünün də sürətli dövrədə olmadığı zaman baş verib. Əgər 63 nömrəli maşın sürətli dövrədə olsaydı, böyük ehtimalla yarışın startında 3 yer itirmə cəzası veriləcəkdi. Ancaq 63 nömrəli maşın sürətli dövrədə olmadığı üçün 1 nömrəli maşının cəzası yüngülləşib”.
Şərh əlavə et