Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Ferstappen startda 1 yer itirəcək

Maks Ferstappen Qətər Qran Prisinin sıralanma turunda rəqibi Corc Rasselli əngəllədiyi üçün yarışın startında bir yer itirəcək. 

Kokpit.az xatırladır ki, niderlandlı sürücü sıralanma turunda möhtəşəm performansla poul alıb. Lakin o, sıralanma turundan sonra Corc Rasselli əngəllədiyi üçün stüardlar tərəfindən çağırılıb. Aparılan araşdırmalardan sonra Maks Ferstappenə startda 1 yer itirmə cəzası verilib. Bununla da, bugünkü yarışa Corc Rassell pouldan başlayacaq.

FİA verdiyi açıqlamada bunları deyib: “1 nömrəli maşın (Ferstappen) 63 nömrəli maşınla fərqli strategiyada idi. 1 nömrəli maşın deltanın çox xaricində idi və bildirib ki, 4 nömrəli maşınla (Norris) 14 nömrəli maşının (Alonso) keçməsinə icazə verib.

63 nömrəli maşın bildirib ki, deltaya əməl edib və 1 nömrəli maşının yarış trayektoriyasında olmasına təəccüblənib və iddia edib ki, bir maşın yavaş gedirsə, yüksək sürətli döngədə hərəkət etməməlidir.  1 nömrəli maşın Yarış Direktorunun Qeydlərinə əməl etməmiş və şəraiti nəzərə alsaq, lazımsız yerə çox yavaş sürüb. 1 nömrəli maşın açıq formada maşının təkərlərini soyutmaq istəyib. Bundan başqa 11 və 12-ci döngələrdə güzgüyə baxanda 63 nömrəli maşının yaxınlaşdığı görüb”.

Stüardlar hər iki maşının da sürətli dövrədə olmaması səbəbilə cəzanın yüngül olduğunu deyiblər. Sürətli dövrədə olan rəqibi əngəlləyən zaman yarışın startında 3 yer itirirsən: “Bu insident iki sürücünün də sürətli dövrədə olmadığı zaman baş verib. Əgər 63 nömrəli maşın sürətli dövrədə olsaydı, böyük ehtimalla yarışın startında 3 yer itirmə cəzası veriləcəkdi. Ancaq 63 nömrəli maşın sürətli dövrədə olmadığı üçün 1 nömrəli maşının cəzası yüngülləşib”.

Rauf Hacıyev

Şərh əlavə et