Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: İstədiyimiz nəticə olmadı

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, üçüncü olsa da, yarışdan gözləntilərini ala bilməyiblər. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Qətər yarışına 4-cü yerdə başlasa da, yükunda üçüncü olub. 

Oskar Piastri: “Çox çətin yarış idi. Önümüzdəki maşınların tempi çox oxşar idi. DRS məsafəsinə girmək, daha sonra lazımi qədər yaxınlaşıb ötmə etmək çox çətin idi. Əlbəttə, podiumda olmaq çox gözəldir, ancaq bu istədiyimiz nəticə deyildi”.

Lando Norris sarı bayraqlar altlnda yavaşlamadığı üçün ona 10 saniyə dayan və get cəzası verilib.

Oskar Piastri bu cəza barədə bunları deyib: “Landonun cəzasının səbəbini bilmirəm, amma məncə, bu çox böyük cəza idi.

Mövsümün son yarışında bizi həyəcanlı mübarizə gözləyir. Güclü olmalıyıq və çempionluğu qazanmaq üçün əlimizdən gələn hər şeyi etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et