Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu yenə də komanda yoldaşı Corc Rassellə nisbətən zəif performans göstərib və 0436 saniyə geridə qalaraq, 6-cı yeri tutub.
Lyuis Həmilton: “Hələ də lazımi gücə sahib olduğumu bilirəm. Sadəcə maşın yetəri qədər sürətli deyil. Yoxsa hələ də ən yaxşısını edə biləcəyimə inanıram. Bu barədə çox şey düşünmürəm. Sadəcə mövsümün sonunu səbirsizliklə gözləyirəm.
Hazırda yavaşam və bu, bütün mövsüm ərzində belə idi. Artıq bunu dəyişdirmək mümkün deyil”.
Lyuis Həmilton Qətərədə sprint yarışında Şarl Leklerlə təkər-təkərə mübarizə aparıb və finişə 6-cı yerdə çatıb. Britaniyalı pilot bildirib ki, sprintdə aqressiv hücum etməyib, ancaq bu gün əsas yarışda belə hal təkrarlansa, daha aqressiv olacaq: “Bu ədalətli və yaxın mübarizə idi. Müdafiə olunmalı idim, amma olunmadım. O məndən bir az sürətli idi və böyük ehtimalla məni keçəcəkdi.Ammaəsas yarışda eyni hal baş versə, qətiliklə daha çox mübarizə aparacağam”.
Şərh əlavə et