Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: McLaren bizi qabaqlasa, şansımız qalmayacaq

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Qətər Qran Prisinin sıralanma turunda bolid yaxşı işləmədiyi üçün məyusdur. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Qətər Qran Prisinin sıralanma turunda komanda yoldaşı Şarl Leklerdən 2 yer geridə qalaraq, yeddinci olub. 

Karlos Sayns: “Bolidimiz beşinci və altıncı ötürmələrdə performans göstərmir. Bundan başqa Soft təkərləri daha yaxşı işlətmək üçün əlimizdən gələni etdik. Xüsusən də Şarlın yeni altlığı və mənim dünənki sessiya ilə müqayisədə daha çox çətinlik çəkməyimə görə limitlərlə qarşılaşdıq.

Üçüncü sessiyadakı son cəhdimə önümdə bir maşın olmadan başladım. Yəni hava kisəsi ala bilmədim. Bu hal düzlüklərdə bir az zaman qazanmağınıza kömək edir. Deyəsən burada bir az vaxt itirdik.

Yarışda gərək McLaren-i geridə qoyaq. Əgər bizdən öndə bitirsələr, Əbu Dabidə şansımız demək olar ki, qalmayacaq”.

Qeyd edək ki, hazırda Ferrari Mühəndislər Kubokunda lider McLaren-dən 30 xal geridə qalır.

Rauf Hacıyev

Şərh əlavə et