Kokpit.az xatırladır ki, niderlandlı sürücü Qətər Qran Prisinin sıralanma turunda poul alıb və bu onun iyun ayındakı Avstriya Qran Prisindən sonra ilk poulu olub.
Lakin Corc Rassell 12-13-14 döngələr ardıcıllığında Maks Ferstappenə çırpılmamaq üçün trasdan çıxmalı olub və çınqıllı sahəyə düşüb. Britaniyalı pilot sessiyadan sonra bunları deyib: “Maks məni əngəllədiyi üçün çınqıllı zonaya çıxdım və bolidimin altlığını sürtdüm. Ümid edirəm ki, maşın zədələnməyib. Bəlkə də buna görə dövrəmi yaxşılaşdıra bilmədim. Doğrudan da təhlükəli an idi”.
Maks Ferstappen isə bildirib ki, önündə iki sürücü yavaşladığı üçün o da yavaşlayıb və sürətli dövrəsi üçün önünü təmizləməyə çalışıb: “Önümdə boşluq yaratmaq istəyən iki sürücü var idi. Buna görə də mən də boşluq yaratmalı idim. Hamının yavaş dövrədə olduğunu bilirdim. Heç kim sürətli dövrədə deyildi. Məncə, Corc bir az tələsdi. Bu problem deyil. Yekunda hamı start üçün ən yaxşı yeri tutmaq istəyir”.
Şərh əlavə et