Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Qətər Qran Prisinin sprint yarışına üçüncü yerdə başlasa da, startda Corc Rasselli geridə qoyub. Bundan sonra o, ikinci yer uğrunda mübarizədə britaniyalı rəqibini gerisində saxlayıb. Yarışın son dövrəsinin son döngəsində isə Lando Norris gözlənilmədən yerini Piastriyə verib və Oskar 3-cü yerdən başladığı sprint yarışında qalib olubş
Oskar Piastri: “Bütün yarış müdafiə olundum. Yaxşı start aldım və birinci döngəni yaxşı keçdim. Amma tempim yaxşı deyildi. Deyəsən ön təkərləri çox tez yedim. Yarışın geri qalanında bir az çətinlik çəkdim. Ancaq komanda işi çox yaxşı idi. Dəstək olmasaydı, sprint yarışı çox çətin keçərdi. Komanda olaraq dubl etmək gözəl hissdir”.
Şərh əlavə et