Kokpit.az xatırladır ki, niderlandlı sürücü keçən həftəsonu Las Veqasda Formula 1 karyerasının dördüncü Dünya Çempionluğunu elan edib. Lakin o, Qətərdə istədiyi nəticəni əldə edə bilməyib. Dördqat Dünya Çempionu Qətərdəki sprint sıralanma turunda poul sahibi Lando Norrisdən 0.3 saniyə geri qalaraq, 6-cı yeri tutub.
Maks Ferstappen: “Sözün açığı, tempim yox idi. Doğrudan da yavaş idik. Bolid bir az balanssızdır və bu da trasda işləri çox çətinləşdirir. Maksimum sürət pis deyil, amma geri qalan hər şey pisdir və buna görə də bolidi limitlərdə sürmək çətinləşir. Boliddəki balans problemlərinə görə sprint yarışında rəqiblərimizə qarşı çətinlik çəkəcəyik.
Bazar günü keçiriləcək əsas yarışın sıralanma turunda vəziyyəti yaxşıaşdırıb-yaxşılaşdırmayacağımıza baxacağıq, amma birdən-birə fərqli bir nöqtəyə çatacağımızı gözləmirəm. Ümumilikdə isə cümə günü heç də yaxşı deyildi”.
Şərh əlavə et