Kokpit.az xatırladır ki, britaniyalı sürücü Qətər Qran Prisinin sıralanma turunda poul qazanmış Maks Ferstappendən 0.2 saniyə geridə qalaraq, üçüncü yeri tutub.
Lando Norris: “Dünən və bugünkü performansımızdan sonra bunu gözləmirdik. Amma bu bizim üçün maksimum nəticədir. Əslində vəziyyət yaxşı idi, amma rəqiblərimə nisbətdə sürətli deyildim. Maksimum nəticə göstərdiyim üçün sevincli olsam da, nəticədən razı deyiləm.
Məncə, hamı sıralanma turunda fərqlərin nə qədər az olduğunu gördü. Bu hal bizə ümid verir, çünki inkişaf edə bilərik. Amma arxamızda da çox sürətli maşınlar var”.
Şərh əlavə et