Kokpit.az xatırladır ki, britaniyalı sürücü Qətərdəki sprint yarışına ikinci yerdə başlasa da, startda Oskar Piastrinin gerisinə düşüb. Bundan sonra Corc bir neçə dəfə avstraliyalı rəqibinə hücumlar etsə də, bunları sonlandıra bilməyib və üçüncü yerlə razılaşıb.
Corc Rassell: “Birinci döngəyə girərkən Oskarla bir neçə dəfə yaxınlaşdıq. Landonun hər dövrə OSkara DRS vermək üçün yavaşlaması çox əsəbpozucu idi. Niyə belə etdiklərini anlamadım, çünki burada mübarizə apararkən azarkeşlər üçün yarışmaq istərsiniz. Bu hal doğrudan da əsəbpozucu idi. Buna baxmayaraq, üçüncülüyü qazandıq indi isə daha vacib olan sıralanma turu var. Landonun tempi çox yaxşı idi. Oskar çətinlik çəkirdi. Lando ilə mübarizə aparıb real tempi görmək gözəl olardı”.
Şərh əlavə et